Türkiyədən mobil telefon idxalına rekord məbləğ


Digərləri 15 Fev 2018 22:15:00 380 0

Türkiyədən mobil telefon idxalına rekord məbləğ

Türkiyənin son 10 ildə nə qədər mobil telefon idxal etdiyi və bu məqsədlə nə qədər pul xərclədiyi açıqlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) 2007-2017-ci illərdə ölkəyə 142,4 milyon ədəd mobil telefon gətirildiyini və bu cihazlara 23 milyard 708 milyon 146 min dollar ödənildiyini bildirib.

Ən çox idxalat 2007-ci ildə qeydə alınıb. Həmin il 15 milyon 811 min 936 ədəd mobil telefon alınıb. Ən çox ödəniş isə 2015-ci ildə baş verib. Həmin il mobil telefon idxalına 3 milyard 136 milyon 596 min dollar xərclənib. Ötən il - 2017-ci ildə bu rəqəm 2 milyard 832 milyon 552 min dollar təşkil edib.