"Fədayə Laçın əfv edilə bilməz"


Şou-biznes 15 Fev 2018 22:17:00 378 0

"Fədayə Laçın əfv edilə bilməz"

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib.

Son.az azvision.az-a istinadən bildirir ki, komissiya üzvünün dediyinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz:

"Əfv yalnız o şəxslərə aid edilir ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminliyə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət məsələsinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı pozitiv və ya mənfi cavab verə bilər. Hazırki şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxslər barəsində əfv verilmə bilməz".