Ailəyə xidmət etmək kəbirə günahların kəffarəsidir


Digərləri 15 Fev 2018 22:20:00 443 0

Ailəyə xidmət etmək kəbirə günahların kəffarəsidir

Əgər bu gün Qərb dövlətlərinə nəzər salsaq, görərik ki, ailə qurmaq onlar üçün heç də mühüm bir mövzu deyildir. Ona görə də bu cəmiyyətin izzəti aradan getmiş və zəlil olmuşdur.

"Mən rahat yaşamaq istəyirəm" kimi cümlələr Qərbin təsirindən yaranan əqidədir. Əgər İslam dövlətində yaşayan bir insana desən ki, sənin atanın kim olduğu bilinmir, bu həmin kəsin qeyrətini cuşa gətirər. Ancaq Qərbdə yaşayan insan üçün bu cümlə rahat qarşılanır, çünki izzətlərini əldən veriblər.

Son.az deyerler.org-a istinadən bildirir ki, o cəmiyyətdə ki, ailə mühüm amil sayılmaz, izzətini əldən verəcəkdir. İzzətsiz insan isə hər kəsin qulu olmağa hazırdır. Çünki zəlildir, izzəti onu zillətdən saxlamır.