Cəlilabadda 20 yaşlı gənc döyülüb


Digərləri 15 Fev 2018 21:53:00 342 0

Cəlilabadda 20 yaşlı gənc döyülüb

Cəlilabadda döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov küçəsinin sakini, 1998-ci il təvəllüdlü Quliyev Yusif Tofiq oğlu döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Y. Quliyevin dediyinə görə, onu tanıdığı şəxslər döyüb. Hadisənin səbəbi hələlik məlum deyil.