Azər İbrahim peyğəmbərin atası, yoxsa əmisi olub?


Digərləri 15 Fev 2018 21:55:00 320 0

Azər İbrahim peyğəmbərin atası, yoxsa əmisi olub?

Bəzi alimlərə görə Azər İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) əmisinin, bəzilərinə görə isə atasının adıdır. Buna səbəb isə Quran ayələrində olan "Əbəti" - sözünün həm "atacan", həm də "əmican" mənalarını bildirməsidir. Hər bir halda bu nə fiqhi, nə əqidə baxımından əhəmiyyət kəsb etmir.

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm". (əl-Ənam, 74). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü İb­ra­­him sir-sifəti toz-torpağa bulaşmış və qaralmış atası Azərlə görü­şəcək və İb­rahim ona de­yəcək. "Məgər mən sənə deməmişdim ki, mənə asi olma?" Ata­sı deyəcək: "Bu gün mən sənə asi olmayacağam!" Onda İbrahim de­yə­cək: "Ey Rəbbim! Sən mənə, onla­rın diril­əcəyi gün məni rüsvay et­mə­yə­cə­yi­nə söz vermişdin. (Sənin rəhmətindən) uzaq düşmüş atamdan daha böyük rüs­vay­çılıq ola bilərmi?!" Uca Allah buyuracaq: "Mən Cənnəti kafirlərə ha­ram bu­yurmuşam". Sonra (ona) deyiləcək: "Ey İbrahim, ayağının altındakı nə­dir?! İbrahim (ayağının altına) baxdıqda qana bulanmış bir kaftar gö­rə­cək. Sonra bu kaftarı ayaqlarından tutub Oda atacaqlar". (əl-Buxari, 3350).