Yumurtanın içindən elə bir şey çıxdı ki... VİDEO


Digərləri 15 Fev 2018 21:36:00 345 0

Yumurtanın içindən elə bir şey çıxdı ki...  VİDEO

İki gündür ki, sosial şəbəkələrdə yayılan bir görüntü əksər insanların narahatlığına səbəb olub. Belə ki, paytaxt sakini mağazadan yumurta alıb. Yumurta qaynadılan zaman ondan çıxan maye qaz piltəsinin üstündə qalaraq bərkiyib və qəribə maddə əmələ gəlib. Yumurtanı alan şəxs məhsulun insan orqanizminə zərərli ola biləcəyindən ehtiyat edib. Hətta sosial şəbəkələrdə yumurtanın süni olması ilə bağlı iddialar da irəli sürülüb. İqtisadiyyat Nazirliyinin laboratoriyasında yumurta ilə bağlı yoxlamalar aparılıb. Artıq nəticələr də məlumdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bişirilən yumurtanın içindən çıxan maye sonradan bərkiyərək bu hala düşüb. Mənzərə paytaxt sakinini dəhşətə gətirib.

Sosial şəbəkələrdə yayılan bu görüntü ciddi narahatlığa səbəb olub.

Görüntüləri lentə alan Xətai rayon sakini Ofeliya Məmmədova deyir ki, mağazadan aldıqları yumurta qaynadılan zaman çatlayıb.Yumurtadan çıxan şəffaf maye bir müddət sonra qaz piltəsinin üzərində bərkiyərək bu formaya düşüb.

Ofeliya Məmmədova ilk dəfədir belə halla üzləşdiyini deyir.O yumurtanın insan orqanizminə mənfi təsir edə biləcəyini ehtimal edir.


Xəbərə aid video