Bura BakıSumqayıt yoldurur Mikro avtobus saatda


Digərləri 15 Fev 2018 21:22:00 328 0

Bura BakıSumqayıt yoldurur  Mikro avtobus saatda

Bakı-Sumqayıt yolunda sərnişin daşıyan bir mikroavtobusun sürət həddini aşması başqa avtomobilın sürücüsü tərəfindən lentə alınıb. Sürücü, yolda 110 sürət həddi müəyyən edildiyi halda, içi sərnişinlə dolu nəqliyyat vasitəsini saatda 130 və ya 140-km sürətlə idarə edir. Aiddiyyatı qurumlar isə həmin sürücünün qanunsuz fəaliyyət göstərdiyini və həmin şəxs barəsində ciddi tədbir görəcəklərini bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, saatda 130-140 km sürətlə gedən mikro avtobusu arxada gedən başqa bir sürücü lentə alıb. Görüntülərdən aydın olurki, yolda sürət həddi 110 km müəyyən edildiyi halda sərnişin aparan sürücü sürəti həddən artıq qaldırıb.

Görüntülər Bakı-Sumqayıt magistralında lentə alınıb. Araşdırmalarımız zamanı məlum olub ki, sürət həddini aşan sürücü hər gün qanunsuz olaraq Sumqayıtdan Bakıya sərnişin daşıyır.

Əməkdaşlarımız həmin sürücünü də tapıb. 50 CH 116 dövlət nömrə nişanlı Ford Markalı avtomobilin sürücüsü, əli haqverdiyev sürət həddini aşmasının yalan oldugunu deyir.


Xəbərə aid video