Bərdədə maşın ağaca çırpılıb


Digərləri 15 Fev 2018 21:13:00 301 0

Bərdədə maşın ağaca çırpılıb

Bərdədə 2 gənc qaçırdığı avtomobillə qəza törədib. Hər ikisi də hadisə yerində ölüb. İsmayıllıda isə idarəetmədən çıxan avtomobil hasara çırpılıb və sürücü hadisə yerində dünyasını dəyişib. Daha bir qəza Sabirabadda olub. Ova gedən sürücü avtomobili su kanalına aşırıb. Avtomobildə olan sərnişinlər xilas olsa da sürücü hadisə yerində ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobil qaçıran gənclər qəza tərədiblər. Hadisə zamanı iki nəfər ölüb.

Hadisə Bərdədə baş verib. Ağaca çırpılan avtomobili idarə edən 26 yaşlı nicat kamranzadə və sərnişin tural allahverdiyev hadisə yerində ölüblər.

Onlar avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. Faktla bağlı rayon polisində araşdırma aparılır.


Xəbərə aid video