Erməni lobbisinin növbəti məğlubiyyəti Milan məhkəməsinin qərarı dərs oldu VİDEO


Dünya 15 Fev 2018 21:16:00 309 0

Erməni lobbisinin növbəti məğlubiyyəti  Milan məhkəməsinin qərarı dərs oldu  VİDEO

Milan məhkəməsinin Luka Volonteyə bəraət verməsi erməni lobbisinin məğlubiyyəti idi. Baxmayaraq ki, erməni lobbisi bu qaryaxma kampaniyasında Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün bütün imkanlarını səfərbər etmişdilər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri bildirir ki, Ermənistan lobbisi xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqe nümayiş etdirən siyasətçilərə bununla gözdağı vermək istəyirdilər. Bu qərar onlar üçün də sarsıdıcı zərbə oldu.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, beynəlxalq qurumlarda Azərbaycanla bağlı kimliyindən asılı olmayaraq ədalət naminə atılan hər addım işğalçı ölkəni və onların tərəfdalarlarını qıcıqlandırır. Azərbaycanın imicini hər ən ləkələməyə hazır olan Ermənistan və erməni lobbisi fürsət axtarır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevin sözlərinə görə, italiyalı millət vəkili Luko Volonteylə bağlı məsələni Ermənistan nümayəndə heyati dəfələrlə AŞPA daxilində qabardıb.

Rövşən Rzayevin sözlərinə görə, Luko Volonte və digər bu kimi böhtan kampaniyalarında məqsəd- beynəlxalq qurumlar, nüfuzlu təşkilatlar qarşısında digər məsələləri süni şəkildə qabartmaqla , Azərbaycanın işğaldan əziyyət çəkdiyini ikinci plana keçirmək, ölkənin nüfuzuna və etibarlı tərəfdaş adına kölgə salmaqdan ibarətdir.


Xəbərə aid video