Uşaqda özünə etimadı yaratmağın yolları


Digərləri 15 Fev 2018 21:10:00 292 0

Uşaqda özünə etimadı yaratmağın yolları

Valideyn uşağın özünə etimad hissinin gücləndirilməsində yardımçı ola bilər. Valideyn nələri etməlidir ki, uşağın özünə etimadını gücləndirsin?

1. O zaman ki, uşaq hiss edər ki, onu sevirlər - özünü sevməyə başlayar. Valideyn onu sevgi ilə qucaqlayanda, öpəndə uşağa gözəl hisslər aşılayar.

2. Uşağın güclü tərəfləri üzərində diqqətinizi cəmləyin, zəif tərəfləri üzərində deyil. Onu öz istedadlarını büruzə verməyə təvşiq edin. Son.az deyerler.org-a istinadən bildirir ki, uşağa yardım edin ki, öz zəif tərəflərini tanısın və onları aradan qaldırmağı bacarsın.

3. Uşaq müvəffəqiyyətin nə olduğunu başa düşməlidir və valideyn də ona başa salmalıdır ki, müvəffəqiyyət qazanmaq elə də asan bir iş deyildir. Həmişə əldə olunmur. Ona görə də valideyn uşağa bəzən qazanan deyil, məğlub olan tərəf olmağı da öyrətməlidir.

4. Uşağa yeni məharətləri öyrətmək ona yardım edər ki, özünə etimadı güclənsin. Misal üçün bağbanlıq etmək, qab yumaq, öz otağını səliqəyə salmaq məharətləri onda özünə inamı artırar.

5. Uşağa seçim imkanı yaratmaq lazımdır. Misal üçün yeməyini, paltarını və oyun növünü seçməyi onun ixtiyarına qoyun. Bu işdə məsuliyyətli olmağı ona öyrədin. Əgər kiçik işlərdə məsuliyyətli olarsa, böyük işlərin də məsuliyyətini boynuna götürə biləcəkdir.