7 yaşlı şagirdi avtomobil vurdu


Digərləri 15 Fev 2018 20:40:00 221 0

7 yaşlı şagirdi avtomobil vurdu

Cəlilabad rayonunda 7 yaşlı şagirdi avtomobil vurub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 2011-ci il təvəllüdlü Zeynəb Xalid qızı Fətullayevanı məktəbdən evə qayıdarkən minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib.