Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə olunub


Digərləri 15 Fev 2018 20:21:00 61 0

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə olunub

Şahin Mustafayev Gürcüstanın Baş nazirinin birinci müavini ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. Ş.Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən Ş.Mustafayev ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Pekində Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Ş.Mustafayev Konfrans çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşdüyünü və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, tranzit imkanlarına dair fikir mübadiləsi apardıqlarını qeyd edib.
Dubay hələ belə görünməmişdi  FOTO like
  • 15 Fev 20:20  
Digərləri Dubay hələ belə görünməmişdi FOTO

Livanlı fotoqraf Bəşir Mukarzel dronlardan istifadə edərək unikal aerofoto

arrow Ətraflı
Əkizlər Röyanın libasından geyindi  FOTO like
  • 15 Fev 20:15  
Şou-biznes Əkizlər Röyanın libasından geyindi FOTO

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının təqdimat mərsimləri

arrow Ətraflı
Daşkəsən sakini avtomobilini yandırdı  FOTO like
  • 15 Fev 20:06  
Digərləri Daşkəsən sakini avtomobilini yandırdı FOTO

Daşkəsən rayon sakini avtomobilini yandırıb.

arrow Ətraflı
DİM müsabiqə elan edir like
  • 15 Fev 20:02  
Digərləri DİM müsabiqə elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi işt

arrow Ətraflı
29 yaşlı kişi dəm qazından zəhərləndi like
  • 15 Fev 20:00  
Digərləri 29 yaşlı kişi dəm qazından zəhərləndi

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanın energetika naziri ölkənin neftqaz strategiyası barədə like
  • 15 Fev 19:57  
Digərləri Azərbaycanın energetika naziri ölkənin neftqaz strategiyası barədə

Azərbaycanın neft və qaz sahəsindəki strategiyası etibarlı tərəfdaş ol

arrow Ətraflı
Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi like
  • 15 Fev 19:48  
Dünya Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi

Nursultan Nazarbayevin bu il yanvarın 16-18-də Amerikaya rəsmi səfəri ilə

arrow Ətraflı
MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq like
  • 15 Fev 19:42  
Digərləri MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində isteh

arrow Ətraflı
Sevdanın illər əvvəlki görüntüsü yayıldı  VİDEO like
  • 15 Fev 19:36  
Şou-biznes Sevdanın illər əvvəlki görüntüsü yayıldı VİDEO

Müğənni Sevda Yahyayevanın illər əvvəl çəkilən görüntüsü yayılıb

arrow Ətraflı
Bakı və regionlarda startap turlarına başlanılır like
  • 15 Fev 19:33  
Digərləri Bakı və regionlarda startap turlarına başlanılır

“İdeyadan Biznesə” şüarı ilə Bakı və regionlarda startap turlarına

arrow Ətraflı