Avropa Şurası: Azərbaycanın məhkəməhüquq sahəsindəki nailiyyətləri təşkilat rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir


Digərləri 15 Fev 2018 19:44:00 271 0

Avropa Şurası: Azərbaycanın məhkəməhüquq sahəsindəki nailiyyətləri təşkilat rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətləri Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək" adlı yeni layihənin təqdimat konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobov və Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyes ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşdə bildiriblər.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir müavini Z.Hernyesi təbrik edərək ona uğurlu fəaliyyət arzulayıb. Nazir müavini ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni məhkəmələrin və məhkəmə təsisatlarının yaradılmasını, hakimlərin sayının artırılmasını, elektron məhkəmə informasiya sisteminin tətbiqi və infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirləri qeyd edib. Eyni zamanda, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunaraq hazırda növbəti seçimin aparılması barədə məlumat verilib.

A.Cəfərov dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunaraq bu mühüm sənədin icrası üzrə görülən qanunvericilik və institusional tədbirlərdən danışıb. Bildirib ki, Avropa Şurası ilə birgə həyata keçirilən, hakimlərin və digər hüquqşünasların insan hüquqları üzrə treninqini əhatə edən layihə öz müsbət nəticələrini verir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.