Trend İnformasiya Agentliyinin baş redaktoru RusiyaAzərbaycan münasibətləri haqqında materialların hazırlanmasına görə diplomla təltif edilib FOTO


Digərləri 15 Fev 2018 19:31:00 454 0

Trend İnformasiya Agentliyinin baş redaktoru RusiyaAzərbaycan münasibətləri haqqında materialların hazırlanmasına görə diplomla təltif edilib  FOTO

Trend İnformasiya Agentliyinin baş redaktoru İlahə Məmmədli "Rusiya-Azərbaycan münasibətləri haqqında yüksək səviyyəli materialların hazırlanmasına" görə Rusiya səfirliyinin diplomu ilə təltif edilib.

Son.az bildirir ki, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov Rusiya ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsi üzrə işlərə görə jurnalistlərə minnətdarlığını bildirib.

Diplomatın sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq ən yüksək səviyyədədir:

"Biz strateji tərəfdaşlığımızı inkişaf etdiririk və ölkələrimizin prezidentləri arasında yaranmış münasibətlərə dəyər veririk".


Xəbərə aid fotolar