Şirvanda avtomobil oğurlayan Bakı sakini saxlanıldı FOTO


Digərləri 15 Fev 2018 19:24:00 270 0

Şirvanda avtomobil oğurlayan Bakı sakini saxlanıldı  FOTO

Şirvanda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Son.az-a verilən məlumata görə, bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə zəng edərək "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq Şöbəyə gətirilib.


Xəbərə aid foto