"Turan"dan 5 yeni transfer


İdman 15 Fev 2018 19:22:00 347 0

"Turan"dan 5 yeni transfer

Birinci Divizion təmsilçisi “Turan Tovuz” heyətini yeni futbolçularla gücləndirib. Goal.az xəbər verir ki, Tovuz klubu dövrələrarası fasilədə heyətinə 5 yeni futbolçu cəlb edib. “Turan Tovuz”un yeni oyunçularından biri elita təmsilçisi “Qəbələ”nin üzvü Vüsal Mustafayevdi. Digər futbolçular isə elə digər Birinci Divizion klublarından transfer edilib. Bunlar Rəhman Musayev (MOİK), Elvin Mirzəyev (Binə), İlqar Hüseynov və Elməddin Hüseynzadədi (hər ikisi “Mil-Muğan”).