Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub


Sosial 15 Fev 2018 19:03:07 285 0

Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub

Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda 7 yaşlı şagirdi avtomobil vurub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 2011-ci il təvəllüdlü Zeynəb Xalid qızı Fətullayevanı minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib. 

Məlumata görə, Z.Fətullayevanı məktəbdən evə qayıdarkən avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.