Daşkəsən rayon sakini avtomobilini yandırıb - FOTO


Sosial 15 Fev 2018 18:46:53 315 0

Daşkəsən rayon sakini avtomobilini yandırıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Daşkəsən rayon sakini avtomobilini yandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlar cəlb olunub. 

Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayevin hansı səbəbdən "VAZ-2106" markalı avtomobilini yandırdığı hələlik məlum deyil.

Ancaq onun sərxoş halda bu addımı atdığı ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.