Kuareşma və Abubakar "Beşiktaş"dan FİFa-ya şikayət edib


İdman 15 Fev 2018 18:51:00 310 0

Kuareşma və Abubakar "Beşiktaş"dan FİFa-ya şikayət edib

"Beşiktaş"ın yarımmüdafiəçisi Rikardo Kuareşma klubun ona verdiyi intizam cəzaları səbəbindən FİFA-ya şikayət edib. Goal.az xəbər verir ki, portuqaliyalı ulduz toplam 350 min avroluq cərimədən narazıdır. "Qara qartallar"la 2020-ci ilə kimi müqaviləsi olan futbolçunun məvacibi 2.1 milyon avrodur. O, hər oyuna görə 4 min avro mükafat da qazanır. Təcrübəli havbekə pul cəzası sarı və qırmızı vərəqələrə görə kəsilib. O, 2015/16 mövsümündə 12 sarı, 2 qırmızı, 2016/!7 mövsümündə isə 10 sarı vərəqə almışdı.

"Beşiktaş"dan şikayət edən ikinci futbolçu isə Vensan Abubakardır. Kamerunlu forvard 400 min avro cərimələnməsini düzgün hesab etməyib. Abubakar 252 min 137 avro bonusunu da istəyir.