"Azərbaycandan Misirə könül körpüsü" adlı sərgi təşkil edilib


Digərləri 15 Fev 2018 18:55:46 260 0

"Azərbaycandan Misirə könül körpüsü" adlı sərgi təşkil edilib

"Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində "Azərbaycandan Misirə könül körpüsü" adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində "Azərbaycandan Misirə könül körpüsü" adlı tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Qobustan rayon A.O. Çernyayevski adına 1 nömrəli şəhər tam orta məktəbində keçirilən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, təhsil ocağının direktoru İmran Sabirov açaraq, yeniyetmə və gənclərin müxtəlif ölkələrin tarixi, mədəniyyəti, təhsili haqqında geniş bilgilər almağa maraq göstərdiklərini vurğulayıb. İ.Sabirov Bilik Fondunun maarifləndirici layihələrə verdiyi dəstəyin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini deyib. İştirakçılara Misir mədəniyyəti nümunələrindən ibarət sərgi nümayiş olunub. Bu ölkənin dünəni və bu gününü özündə əks etdirən sənədli filmə baxışdan sonra Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri – mədəniyyət attaşesi Əhməd Sami Elaydi məruzə ilə çıxış edib. Ə.Elaydi təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və bu əlaqələrin inkişaf mərhələləri barədə ətraflı məlumat verib.