Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqladı


Siyasət 15 Fev 2018 18:40:00 250 0

Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqladı

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2018-ci il aprelin 11-nə təyin olunmuş Azərbaycan Prezidenti seçkiləri və partiyanın seçkidə iştirak forması ilə bağlı məsələləri müzakirə edərək müvafiq qərar qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, qərarda qeyd olunur ki, Prezident İlham Əliyevin prezident seçkilərinin keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamı tamamilə qanunauyğundur və Demokratik İslahatlar Partiyası da bunu nəzərə alaraq seçkilərdə iştirak edəcək.

Siyasi Şurasının seçkilərdə iştirak forması ilə bağlı qəbul etdiyi qərara əsasən partiya seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. Ümumilikdə isə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq. Partiya üzvləri isə seçkilərdə iştirak etməkdə və istədikləri namizədi dəstəkləməkdə sərbəstdirlər.

Xatırladaq ki, partiyanın V qurultayında (30 yanvar 2016-cı il) seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.