Qış Olimpiya Oyunlarında rekord


İdman 15 Fev 2018 18:35:00 327 0

Qış Olimpiya Oyunlarında rekord

Qış Olimpiya Oyunları tarixində yeni rekord qeydə alınıb. Goal.az xəbər verir ki, konkisürmə növündə kanadalı Ted-Yan Blumen 10 min metr məsafəyə yarışda qızıl medal qazanıb. O, 12 dəqiqə 39,77 saniyə göstərici ilə olimpiya rekorduna imza atıb. Hollandiyalı Yorrit Berqsma ikinci, italiyalı Nikola Tumolero isə üçüncü yeri tutub.

Kişi biatlonçular arasında 20 km məsafəyə fərdi yarışda norveçli Yohannes Byo bütün rəqiblərini qabaqlayıb. Sloveniyalı Yakov Fak gümüş, avstriyalı Dominik Landertinqer isə bürünc medal qazanıb.