Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib


Siyasət 15 Fev 2018 18:10:39 326 0

Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib

Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev fevralın 15-də bununla bağlı sərəncam imzalayıb. 

Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Onun Ali Məhkəmənin sədri kimi səlahiyyət müddəti fevralın 25-də bitəcəkdi.