Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub


Digərləri 15 Fev 2018 17:40:00 222 0

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub.

Bakı. "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub. Trend-in məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü nazirlər iclasının yekununda mətbuat konfransı zamanı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib. Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin