MTN polkovnikinin məhkəməsi təxirə düşdü


Digərləri 15 Fev 2018 17:33:00 262 0

MTN polkovnikinin məhkəməsi təxirə düşdü

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət verib. O bildirib ki, vəkillərindən Ülvi Məmmədov prosesdə iştirak etmədiyindən məhkəmə təxirə salınsın.

Polkovnikin digər vəkili Hafiz Ələsgərov bildirib ki, Ülvi Məmmədov cəza çəkmə müəssisəsinə növbətçi vəkil təyin edilib: "Onun iştirakı ilə 17 işə baxılır. Bu səbəbdən də prosesə gələ bilməyib". Vüsal Ələkbərovun digər vəkilləri Vüqar Xasayev və Cahangir Cavadov da prosesin təxirə salınmasını istəyiblər.