Şəkidə 8 otaqlı ev yanıb


Digərləri 15 Fev 2018 17:32:48 234 0

Şəkidə 8 otaqlı ev yanıb

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.

Bakı. Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Turan qəsəbəsində ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 350 kv.m və ona bitişik tikilmiş, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.