Azərbaycan və Albaniya arasında niyyət məktubu imzalanıb


Siyasət 15 Fev 2018 17:26:00 280 0

Azərbaycan və Albaniya arasında niyyət məktubu imzalanıb

Bu gün Bakıda "SOCAR Balkan" və Albaniyanın "Albgaz" şirkətləri arasında niyyət məktubu imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda keçirilib.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.