Qlobal neft bazarında gərginlik artır
İqtisadiyyat 15 Fev 2018 17:12:17 277 0
OPEC+ anlaşmasının dağılma riski artır
Şirkətlər Nİgeriyanın OPEC+ anlaşmasında iştirak etməsinə baxmayaraq hasilatı artırmaq istədiklərini bildirib. Belə bir addım atılarsa, digər ölkələrin də kvotadan artıq neft hasilatına başlaması mümkün ola bilər və bu, OPEC+ anlaşmasına təhlükə yaradacaq.
Hollandiya "ING Bank"ının xammal bazarları üzrə strategiya mütəxəssisi Uorren Patterson (Warren Patterson) bildirib ki, "əgər Nigeriyanın hasilatı artırmaq imkanı varsa, bunu etməmək üçün səbəb görmürəm. Nigeriya kvotanı ötərsə, digər hasilatçılar da analoji addım ata bilər. OPEC+ anlaşması nə qədər uzanarsa, o qədər də onun dağılma ehtimalları artır".
Nigeriya ilə yanaşı İraqın da hasilatın artırılması üçün infrastrukturunu inkişaf etdirdiyi bildirilir. İranın energetika naziri isə bildirib ki, ölkəsi sayılı günlər ərzində hasilatı artırmağa qadirdir. Həmçinin, Anqolada yeni quyuların işə başlaması nəticəsində ilin sonuna hasilatın 250 min barel/gün artırılması gözlənilir. Xatırladaq ki, ABŞ-da şist neft hasilatının artması nəticəsində ilin sonuna qədər ölkənin neft hasilatında dünya lideri olacağı ehtimal edilir. Bütün sadalanan amillər qlobal neft bazarının təhlükənin astanasında olduğunu göstərir.