Adil Əliyev:”Bütün idmansevərlər çempionata dəvətlidirlər”


İdman 15 Fev 2018 17:14:00 337 0

Adil Əliyev:”Bütün idmansevərlər çempionata dəvətlidirlər”

16 fevral 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Kikboksinq Federasiyası Əl Oyunları Sarayında "narkomaniya və uşaq cinayətkarlığına qarşı" mübarizə adı altında möhtəşəm Respublika Çempionatına start verəcək.

Bu barədə Goal.az-a açıqlama verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev idmansevərləri yarışı izləməyə səsləyib:

“Bu gün minlərlə kikboksçunu öz ətrafında birləşdirən federasiyamız izdihamlı yarışla bir daha gənclərimiz arasında idmanı təbliğ edəcək. Əsas məqsədimiz ölkəmizdə vətənpərvər və sağlam nəsilin formalaşmasına xidmət etməkdir. Bütün idmansevərlər çempionata dəvətlidirlər”.