"Fitch" agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib


İqtisadiyyat 15 Fev 2018 17:07:28 265 0

"Fitch" agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib

SOCAR-ın reytinq proqnozu Azərbaycanın suveren reytinqi ilə bərabərləşdirilib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B" və təminatsız reytinqini "B" səviyyəsində təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Fitch"in rəsmi saytında məlumat verilib.

"Fitch" həmçinin, SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə "neqativ" proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu - "stabil" ilə eyniləşdirdiyini bildirir.