Bir gecədə 9 avtomobil qarət olundu Bakıda VİDEO FOTO


Digərləri 15 Fev 2018 17:09:00 271 0

Bir gecədə 9 avtomobil qarət olundu  Bakıda  VİDEO  FOTO

Bakıda bir gecədə 9 avtomobil qarət olunub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaracuxur qəsəbəsi Yaşar Əliyev küçəsində baş verib.

Gecə saat 3 radələrində naməlum şəxs sözügedən küçədə dayanan avtomobillərin yan şüşələrini sındıraraq orada olan şəxsi əşyaları, maqnitafonları və digər avadanlıqları götürərək qaçıb. Hadisə anı ərazidəki evlərdən birində quraşdırılan nəzarət kamerasına düşüb.

Oğurluq barədə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və zəruri hərəkətləri yerinə yetiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkənlərə minimum 300, maksimum 1500 manat ziyan dəyib. Ümumi zərərin miqdarı isə təxminən 5 min manata yaxındır.


Xəbərə aid fotolar