Türkiyə hökumətinin sözçüsü: “ABŞ-ın aləmi kor, hər kəsi sərsəm saymaqdan əl çəkməsinin vaxtı çatıb”


Dünya 15 Fev 2018 16:49:00 331 0

Türkiyə hökumətinin sözçüsü: “ABŞ-ın aləmi kor, hər kəsi sərsəm saymaqdan əl çəkməsinin vaxtı çatıb”

"PYD/YPG terror dəstəsidir, PKK tərəfindən qurularaq idarə edilir"

“ABŞ hakimiyyətinin aləmi kor, hər kəsi sərsəm saymaqdan əl çəkməsinin artıq vaxtı çatıb”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ-ın terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“PYD/YPG terror dəstəsidir, PKK tərəfindən qurularaq idarə edilir. Onlar Türkiyəyə qarşı terror hücumlarını bir yerdə törədirlər. ABŞ qəbul etsə də, etməsə də, bu, belədir. ABŞ Türkiyənin yanaşmasına etibar edərsə, indiyədək etdiyi səhvləri bundan sonra davam etməkdən xilas olar. Əgər Türkiyəyə inanmazsa, o zaman terror qrupunu dəstəkləmək yanlışlığını, terror bəsləməyi bundan sonra da davam etdirər.

PYD/YPG və bölgədə bir terror dəhlizinin formalaşdırılması, terrorçu dövlətin yaradılması açıq-aşkar görünür. Türkiyə isə bu prosesə qarşıdır. Bu barədə istədikləri qədər danışsınlar, bizim bu istiqamətdə bir millimetr geri atmağımız mümkün deyil”, - Bəkir Bozdağ vurğulayıb.