Türkmənistan yığması Azərbaycana gəlib


İdman 15 Fev 2018 16:48:00 291 0

Türkmənistan yığması Azərbaycana gəlib

Azərbaycanın güləş üzrə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlıqları davam etdirirlər. Goal.az xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandaların toplanışı fevralın 5-dən başlayıb. Olimpiya Güləş Mərkəzindəki məşqlər fevralın 20-dək davam edəcək. Toplanışda Türkmənistan yığma komandasının üzvləri də iştirak edir.

Qadın güləşçilər isə hazırlığını Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında davam etdirir. Fevralın 10-dan Ukraynaya yollanan xanım pəhləvanlar ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. 

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevralda Ukrayna paytaxtında bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.