Bu gün geomaqnit qasırğası baş verəcək


Digərləri 15 Fev 2018 16:00:00 261 0

Bu gün geomaqnit qasırğası baş verəcək

"Kosmik hava"da hökm sürən uzunmüddətli nisbi sakitlikdən sonra qarşıdan gələn günlərdə bu hava şəraitinin əlverişsiz olacağı və "pisləşəcəyi" gözlənilir".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

"Təbii ki, bunun əsas səbəbi Günəşdir. Hazırda Günəşin səthində cəmi 18 ləkə var və bunlar bir fəallıq regionunda cəmləşiblər. Bu 2699 nömrəli aktiv ləkə regionu kifayət qədər fəaldır. Fevralın 12-də bu ləkələrin yanında böyük kütləyə malik tac plazma atılması baş verib və Yerə doğru yönəlib. Buna səbəb C1 sinfinə mənsub Günəş alışması olub", - deyə E.Babayev bildirib.