"Roma"nın idman direktoru: "Salahı satmağa məcbur idik"


İdman 15 Fev 2018 15:54:00 286 0

"Roma"nın idman direktoru: "Salahı satmağa məcbur idik"

"Roma"nın idman direktoru Ramon Monçi 2017-ci ilin yayında Məhəmməd Salahı "Liverpool"a satmaq məcburiyyətində qaldıqlarını bildirib. Goal.az xəbər verir ki, ispaniyalı funksioner bunları deyib:

"Liverpool" Salaha görə 32 milyon avro birbaşa, 3 milyon isə bonus təklif etmişdi. Digər bonuslar da nəzərə alınmaqla onun transferindən 50 milyon avro qazana bilərdik. İndi başa düşürəm ki, daha artıq qazancımız ola bilərdi. Onun qiyməti 2 dəfə artıb. Amma həmin vaxt klubun maliyyə durumuna görə Salahı satmaq məcburiyyətində idik".

Misirli hücumçu bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb və 22 qol vurub.