Şəxsi pensiya fondunu necə yaratmaq olar?


Digərləri 15 Fev 2018 15:51:00 291 0

Şəxsi pensiya fondunu necə yaratmaq olar?

Əslində buna nail olmaq çətin deyil.

Bakı. Qocalanda necə dolanmaq olar? Bu sual çoxlarını narahat edir, amma yaşlaşarkən firəvan və ehtiyacsız həyat sürməyin, dövlətdən və qohumlardan asılı vəziyyətə düşməməyin yolunu çoxu bilmir. Əslində isə buna nail olmaq çətin deyil. Sirr düzgün şəkildə investisiya yatırmaqdadır. Bu problemin ən populyar həllərindən biri dividend gətirən səhmlərdən ibarət investisiya portfelini, bir sözlə şəxsi pensiya fondunu yaratmaqdır. Dividendli portfellə iş səhmlərə investisiya yatırmağın ən konservativ üsuludur. O, riskləri məqbul səviyyədə saxlamaqla gəlir əldə etməyə imkan verir. Səhm hər il öz yiyəsinə dividend, yəni səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini gətirir. Səhmlərin alış-satış qiymətlərinin dəyişməsi dividendlərin həcminə təsir etmir. Bu məbləğ yalnız səhmdar cəmiyyətinin maliyyə göstəricilərindən asılıdır: əgər mənfəət yüksəkdirsə, dividendlər də böyükdür, əgər mənfəət yoxdursa, müvafiq olaraq dividend də olmayacaq. Şübhəsiz ki, hər bir gəlir özündə risk daşıyır. Amma düzgün şəkildə aparılan dividend siyasəti birjadakı vəziyyətdən asılılığı minimuma endirməyə imkan verir. Məsələn, investisiya portfelinə çox sayda mənfəətli və mütəmadi olaraq dividend ödəyən şirkətlərin səhmlərini toplamaqla, buna nail olmaq olar.