NATO İraqdakı mövcudluğunu artırmağı planlaşdırır


Dünya 15 Fev 2018 15:45:29 277 0

NATO İraqdakı mövcudluğunu artırmağı planlaşdırır

İraqdakı təlim missiyasının başlanması barədə Alyansın iyul ayında keçiriləcək sammitində elan ediləcəyi gözlənilir

NATO İraqa təlim missiyası göndərərək oradakı mövcudluğunu artıracaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Alyans ölkələrinin müdafiə nazirlərinin toplantısından sonra bildirib.

"Elə indicə İraq hökumətinin və koalisiyanın xahişi əsasında İraqda NATO təlim missiyasını planlaşdırmağa başlamaq barədə razılığa gəldik", - Y.Stoltenberq deyib.

Missiyanın başlanması barədə Alyansın iyul ayında keçiriləcək sammitində elan ediləcəyi gözlənilir.

"NATO-nun mövcudluğunu gücləndirməyi planlaşdırırıq, lakin döyüş missiyası planlaşdırmırıq", - deyə baş katib əlavə edib.