Həcc kvotası 600dən 2000ə qaldırılıb


Digərləri 15 Fev 2018 15:37:00 293 0

Həcc kvotası 600dən 2000ə qaldırılıb

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

Son.az APA-ya istinadən xəbər verir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. 

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.