"Azər Türk Bank"dan xanım startapçılara dəstək (FOTO)


Digərləri 15 Fev 2018 15:38:57 322 0

"Azər Türk Bank"dan xanım startapçılara dəstək (FOTO)

Ölkədə ilk dəfə qadınlar arasında keçirilən “Global Startup Weekend Women” (“GSWW 2018”) startap yarışması başa çatıb.

Bakı. Ölkədə ilk dəfə qadınlar arasında keçirilən “Global Startup Weekend Women” (“GSWW 2018”) startap yarışması başa çatıb. Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı "Azər Türk Bank"ın baş sponsorluğu ilə həyata keçirilən bu tədbirdə iştirak üçün 50-dən çox müraciət qəbul olunmuş və 11 komanda Bakı finalında iştirak edib. Bankdan Trend-ə verilən məlumata görə, yarışın şərtlərinə görə, mentorların da dəstəyi ilə, 54 saat ərzində yeni məhsul hazırlanmasının öhdəsindən müvəffəqiyyətlə gələn “TalentPort”komandası birincii yerə layiq görülüb.