Bank Respublika əmanətlər üzrə faiz dərəcələrini artırdı


Digərləri 15 Fev 2018 15:25:00 296 0

Bank Respublika əmanətlər üzrə faiz dərəcələrini artırdı

İndi əmanətindən gəlir əldə etmək istəyənlər daha faydalı əmanət faizlərindən faydalana biləcəklər. Bu gündən etibarən Bank Respublika fiziki şəxslərin manat və ABŞ dolları ilə yerləşdirilən müddətli əmanətləri üzrə faiz dərəcələrini artırdı.

Belə ki, milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 12 aydan sonra çıxarıldığı təqdirdə illik 8%-dən 9%-ə qaldırıldı. 24 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda isə faiz dərəcəsi illik 10.5 % təşkil edəcək.

Bank Respublika-da əmanətlərin yerləşdirməsinin bir neçə üstünlükləri də var. Əmanətin qarşısında sərfəli şərtlər ilə kredit almaqla yanaşı Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.

Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.