Daniel Seqoviya Hindistan klubuna transfer olunub
İdman 15 Fev 2018 15:23:00 290 0
"Neftçi"nin qışda yollarını ayırdığı Daniel Lukas Seqoviya özünə yeni klub tapıb. Goal.az xəbər verir ki, 32 yaşlı forvard karyerasını Hindistanda davam etdirəcək. İspaniyalı hücumçu "Benqalur"a transfer olub. Seqoviya Super Liqa təmsilçisiylə mövsümün sonuna kimi müqavilə imzalayıb. Seqoviya "Neftçi"də 19 oyuna 5 qol vurub.
Mənbə: goal.az