Bakıda çay evində kazino aşkarlanıb FOTO


Kriminal 15 Fev 2018 15:11:00 285 0

Bakıda çay evində kazino aşkarlanıb  FOTO

Onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai  rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Xəbərə aid fotolar