Azər Türk Bankdan xanım startapçılara dəstək


Digərləri 15 Fev 2018 15:15:00 268 0

Azər Türk Bankdan xanım startapçılara dəstək

Ölkədə ilk dəfə qadınlar arasında keçirilən "Global Startup Weekend Women" ("GSWW 2018") startap yarışması başa çatdı.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bankın baş sponsorluğu ilə həyata keçirilən bu tədbirdə iştirak üçün 50-dən çox müraciət qəbul olunmuş və 11 komanda Bakı finalında iştirak etmişdir. Yarışın şərtlərinə görə, mentorların da dəstəyi ilə, 54 saat ərzində yeni məhsul hazırlanmasının öhdəsindən müvəffəqiyyətlə gələn "TalentPort"komandası birincii yerə layiq görülüb.

Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan bu komanda martın 7-də Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.


Xəbərə aid fotolar