Bakıda qumarxana aşkarlanıb


Sosial 15 Fev 2018 15:02:02 68 0

Bakıda qumarxana aşkarlanıb

Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar, noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yanvar ayında əlavə olaraq 18.770 nəfərə fərdi şəxsi hesab açılıb like
  • 15 Fev 15:02  
Digərləri Yanvar ayında əlavə olaraq 18.770 nəfərə fərdi şəxsi hesab açılıb

Cari ilin yanvar ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi

arrow Ətraflı
“Ərim damarımı basdalasa, axırı yaxşı qurtarmaz”  Elnarə  VİDEO  FOTO like
  • 15 Fev 15:01  
Şou-biznes “Ərim damarımı basdalasa, axırı yaxşı qurtarmaz” Elnarə VİDEO FOTO

ARB TV-nin "Sayqa ilə bu axşam" proqramının növbəti qonağı m

arrow Ətraflı
Kadir İnanırdan xəbər var like
  • 15 Fev 14:56  
Digərləri Kadir İnanırdan xəbər var

Beyin əməliyyatı keçirən "Yeşilçam" ulduzu Kadir İnanırdan xəbər var

arrow Ətraflı
Rusiyada “YouTube” çökdü like
  • 15 Fev 14:47  
Dünya Rusiyada “YouTube” çökdü

Rusiyada "YouTube" videoportalının fəaliyyətində qüsurlar yarand

arrow Ətraflı
Rusiya palma yağı, qəhvəyə Su-35 satır like
  • 15 Fev 14:43  
Digərləri Rusiya palma yağı, qəhvəyə Su-35 satır

Rusiya İndoneziyaya 11 ədəd Su-35 çoxfunksiyalı qırıcıların satılması

arrow Ətraflı
"Tamaşaçını söymüşəm, əccəb etmişəm"  Vasif Məhərrəmli   VİDEO  FOTO like
  • 15 Fev 14:43  
Şou-biznes "Tamaşaçını söymüşəm, əccəb etmişəm" Vasif Məhərrəmli VİDEO FOTO

"Damla Əliyeva deyə biri var sosial şəbəkədə. Artıq onu blok etdim.

arrow Ətraflı
Dilqəm və Şahbaz dəyişdirilə bilər like
  • 15 Fev 14:41  
Digərləri Dilqəm və Şahbaz dəyişdirilə bilər

Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi ü

arrow Ətraflı
Romada küçə çökdü, like
  • 15 Fev 14:38  
Digərləri Romada küçə çökdü,

İtaliyanın paytaxtı Romanın mərkəzindəki Balduina rayonunda küçə çök

arrow Ətraflı
Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edildi like
  • 15 Fev 14:32  
Digərləri Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edildi

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutdu

arrow Ətraflı
Bakıda keçmiş məhkumun evindən 5 kiloqram narkotik çıxdı like
  • 15 Fev 14:28  
Digərləri Bakıda keçmiş məhkumun evindən 5 kiloqram narkotik çıxdı

Bakıda məhkumluq həyatı yaşamış şəxsin evindən külli miqdarda narkoti

arrow Ətraflı
Cerrard: "Liverpool"da eqoist oyunçu yoxdur" like
  • 15 Fev 14:28  
İdman Cerrard: "Liverpool"da eqoist oyunçu yoxdur"

"Liverpool"un sabiq kapitanı Stiven Cerrard indiki komandanın 2013/14 möv

arrow Ətraflı
Ailə qurmuş iki kişi: like
  • 15 Fev 14:27  
Digərləri Ailə qurmuş iki kişi:

Britaniyanın ən məşhur idmançılarından biri, ölkənin Olimpiya yığma k

arrow Ətraflı