Sevdiyiylə görüşdü, qızın qohumları tərəfindən döyüldü


Digərləri 15 Fev 2018 15:10:00 255 0

Sevdiyiylə görüşdü, qızın qohumları tərəfindən döyüldü

Sumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb.

Son.az report-a istinadən xəbərinə görə, hadisə  fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib.

Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb.