Ötən il Əfqanıstanda 3400 dinc sakin öldürülüb


Dünya 15 Fev 2018 14:20:00 285 0

Ötən il Əfqanıstanda 3400 dinc sakin öldürülüb

Bu barədə məlumat BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında qeyd olunub

Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2017-cı ildə təqribən 10 400 nəfər təşkil edib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında qeyd olunub.

Ümumilikdə, ötən il Əfqanıstanda silahlı münaqişələrin qurbanlarının sayı 10453 nəfər olub: onlardan 3438-i həlak olub, 7015-i yaralanıb.