Yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlanacaq


Digərləri 15 Fev 2018 14:10:30 248 0

Yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlanacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, hazırda qurum sənaye zonalarının yaradılması üçün potensiala malik regionları tədqiq edir: "Bildiyiniz kimi, ötən illər ərzində ölkədə beş sənaye parkı, dörd sənaye məhəlləsi yaradılıb. Yeni sənaye zonalarının yaradılması ilə bağlı iş davam edir. Hazırda biz hər bir rayonun potensialının qiymətləndirməsini aparırıq".

N.Səfərov əlavə edib ki, sənaye zonalarının yaradılacağı rayonların adları tədqiqatın başa çatmasından sonra açıqlanacaq.