Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib


Siyasət 15 Fev 2018 13:56:08 293 0

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti yaralananlara şəfa diləyib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilən silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.