İqtisadiyyat Nazirliyi ölkədə yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlayacaq


Digərləri 15 Fev 2018 13:53:00 202 0

İqtisadiyyat Nazirliyi ölkədə yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlayacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq

Bakı. Ənvər Məmmədov - Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, hazırda qurum sənaye zonalarının yaradılması üçün potensiala malik regionları tədqiq edir: “Bildiyiniz kimi, ötən illər ərzində ölkədə beş sənaye parkı, dörd sənaye məhəlləsi yaradılıb. Yeni sənaye zonalarının yaradılması ilə bağlı iş davam edir. Hazırda biz hər bir rayonun potensialının qiymətləndirməsini aparırıq”.