Emeri: "Hakimin şübhəli qərarı "Real"a çox kömək etdi"


İdman 15 Fev 2018 13:43:00 244 0

Emeri: "Hakimin şübhəli qərarı "Real"a çox kömək etdi"

Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a qarşı səfər oyununda hesabı PSG açsa da, meydan sahibləri 3 qol vuraraq cavab görüşü öncəsi ciddi üstünlük əldə edib. Goal.az xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən PSG-nin çalışdırıcısı Unay Emeri bunları deyib:

"Mənə dedilər ki, Ramos cərimə meydançası daxilində əllə oynayıb. Özüm bu epizodu görmədim. Bu, hakimin işidir. Əgər cərimə meydançası daxilində qayda pozulursa, penalti təyin olunmalıdır. Bunu bəraət üçün demirəm. Analoji səhvlər olmasa, bu qarşıdurmada qalib gələ bilərdik. Ziddiyyətli hisslər keçirirəm. Hesab 1:1 olanda hakimin şübhəli qərarı "Real"a çox kömək etdi. Bundan sonra biz daha yaxşı oynadıq, topa üstünlüyü ələ keçirdik. İkinci qolu vura bilərdik. Amma hakimin mübahisəli qərarı "Real"ın geri dönüş etməsinə səbəb oldu. Onlar çox təhlükəli əks-hücumlar qurmağı bacarır. Biz daha səliqəli oynasaydıq və hakim daha balanslı qərarlar qəbul etsəydi, heç-heçəni qoruya bilərdik. Hətta qalib də gəlmək mümkün idi. "Real" son 4 ildə 3 dəfə Çempionlar Liqasının qalibi olub. Onlar bu cütün favoritidir. Lakin bizim növbəti mərhələyə çıxmaq şanslarımız qalıb".